Niko Kovaç "Monako"da

“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən verir ki, knyazlıq təmsilçisini bundan sonra Niko Kovaç çalışdıracaq. Xorvatiyalı məşqçi ilə 3+1 illik müqavilə imzalanıb.

O, bu vəzifədə istefaya göndərilən Robert Morenonu əvəz edib. 48 yaşlı mütəxəssisin son iş yeri Münhen "Bayern"i olub.