Niko Paz "Real Madrid"ə qayıdacaq
"Real Madrid" "Komo"nun futbolçusu Niko Pazı gələn ilin yayında heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.
"Los blankos" öz yetirməsini 9 milyon avro qarşılığında transfer edəcək.
Qeyd edək ki, N.Paz 2024-cü ilin avqust ayında "Real"dan "Komo"ya 6 milyon avro qarşılığında transfer olunmuşdu.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 5 qol, 5 məhsuldar ötürmə müəllifi olub.