Niko Paz “Real”a qayıdacaq
“Komo”nun argentinalı futbolçusu Niko Paz mövsümün sonunda “Real Madrid”ə qayıdacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
21 yaşlı hücumameyilli yarımmüdafiəçinin dəyəri 65 milyon avrodur.
Qeyd edək ki, N.Paz cari mövsüm meydana çıxdığı 18 matçda 6 qol, 6 asistlə yadda qalıb.