Niko Uilyams “Real Madrid”ə transfer olmaq istəyir

Niko Uilyams "Real Madrid"ə transfer olmağı planlaşdırır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletik"in sol cinah vingeri öz menecerinə Madrid klubuna keçmək istədiyini söyləyib.

N.Uilyamsın Bilbao təmsilçisi ilə sözləşməsi 2035-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 17 matçda 3 qol, 3 asistlə yadda qalıb.

Onun transfer qiyməti 80 milyon avrodur.