Nikolas Cekson Almaniya nəhənginə keçir

“Bayern Münhen” “Çelsi”nin hücumçusu Nikolas Ceksonla anlaşma əldə edib.

Sportline.az xəbər verir ki, bu barədə “BİLD”in jurnalisti Kristian Falk məlumat yayıb.

Münhen klubu oyunçunun transferini yekunlaşdırmaq üçün “Çelsi” ilə danışıqlar aparır.

Almaniya təmsilçisi icarə variantına üstünlük versə də, son xəbərlərə görə, London klubu oyunçunu birdəfəlik satmaq niyyətindədir və onun gedişini asanlaşdırmaq üçün ilkin 80 milyon funt sterlinqlik qiyməti aşağı salmağa hazırdır.