Nkunkunun yeni klubu bilinib
"Çelsi" fransalı futbolçusu Kristofer Nkunku ilə vidalaşacaq.
Sportline.az insayder Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Bavariya" Nkunku ilə ilkin razılıq əldə edib.
27 yaşlı futbolçu Münhen klubu ilə 5 illik yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Nkunku cari mövsüm çıxış etdiyi 28 matçda 13 qol və 4 asistlə yadda qalıb.