"Nottingem Forest" "Yuventus"la anlaşıb

"Nottingem Forest" "Yuventus"un brazilyalı yarımmüdafiəçisi Duqlas Luizi transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu "Yuventus"la razılıq əldə edib. 

Bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Lakin son qərarı futbolçunun özü verəcək.

Qeyd edək ki, D.Luizin transfer qiyməti 30 milyon avrodur.