"Nottingem"in yeni hədəfi

"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya karyerasını "Nottingem"də davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Nottingem Forest" Kunya üçün "Vulverhempton"a 60 milyon avro təklif edib.

25 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 22 matçda 10 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Kunyanın "Vulverhempton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.