Noyer millidən nə vaxt gedir?
Almaniya millisinin kapitanı Manuel Noyer yığmadakı karyerasını başa vuracağı vaxtı açıqlayıb.
Sportline.az xəbər verir ki, 36 yaşlı qapıçı yerli mətbuata açıqlamasında bildirib ki, DÇ-2022 onun üçün sonuncu mundial olacaq:
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Qeyd edək ki, Noyer 3 dünya çempionatının iştirakçısıdır. O, 2014-cü ildə turnirin qalibi olub.