Noyerin vəziyyəti ciddidir

"Bavariya"nın qapıçısı - Manuel Noyerin sol ayağı sınıb. SportLine.az "Bild"ə istinadən xəbər verir ki, qolkiper ötən gün Madrid "Real"ı ilə qarşılaşmanın 109-cu dəqiqəsində zədələnib.

Ronaldonun fərqləndiyi epizodda ayağı sınan futbolçu artıq müayinədən keçib. Onun zədəsinin ciddi olduğu müəyyən edilib. M.Noyer növbəti iki ayda komandasına kömək edə bilməyəcək. Bu isə o deməkdir ki, Noyer üçün mövsüm artıq bitib.