Nuno Mendeş: “Lamin Yamal meydanda elit keyfiyyət ortaya qoyur”
Portuqaliya millisinin və PSJ-nin müdafiəçisi Nuno Mendeş İspaniya millisinin gənc ulduzu Lamin Yamal barədə fikirlərini bölüşüb.
Sportline.az L’Équipe” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Yamalın qeyri-adi istedada sahib olduğunu vurğulayaraq, onunla üz-üzə gələcəyi hər qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.
Nuno Mendeş: “Lamin meydana elit keyfiyyət gətirir və bu, bizi möhtəşəm qarşılaşma gözlədiyini düşündürür. Gələcəkdə ona qarşı özümü sınamağı səbirsizliklə gözləyirəm. O, matçın taleyini təkbaşına həll edə biləcək potensiala malikdir. Həqiqətən də qeyri-adi istedada sahib gənc futbolçudur.”