"Nyukasl" "Az Alkmaar"a 22 milyon avro təklif edib
"Nyukasl Yunayted" "Az Alkmaar"ın niderlandlı yarımmüdafiəçisi Kees Smit üçün 22 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu bu transferi yanvar ayında reallaşdırmaq istəyir.
Bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kees Smit cari mövsüm meydana çıxdığı 20 oyunda 2 qol, 4 asistlə yadda qalıb.