"Nyukasl" "Barselona"ya 70 milyon avro təklif edib

"Barselona"nın ispaniyalı futbolçusu Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" 27 yaşlı oyunçuya görə 70 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Olmonun "Barselona" ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.