"Nyukasl" İsaka yeni müqavilə təklif edib
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak klubla yeni müqavilə imzalaya bilər.
Sportline.az insayder Luk Edvardsın məlumatına istinadən xəbər verir ki, "Nyukasl" İsaka 4 illik yeni müqavilə təklif edib.
25 yaşlı futbolçunun hazır ki müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İsak bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 oyunda 19 qol və 5 asistlə yadda qalıb.