"Nyukasl" "Liverpul"u məğlub edərək Liqa Kubokunun qalibi olub

Bu gün İngiltərə Liqa Kubokunun final matçı keçirilib.

Sportline.az xəbər verir ki, "Liverpul" "Uembli" stadionunda "Nyukasl Yunayted"lə qarşılaşıb. Görüş "Nyukasl"ın qələbəsi ilə nəticələnib.

"Liverpul" 1:2 "Nyukasl Yunayted"

Qollar: Daniel Börn, 45, Aleksander İsak, 52, Federiko Kieza, 90+4

Qeyd edək ki, "Nyukasl Yunayted" İngiltərə Liqa Kubokunun qalibi olub.