"Nyukasl" Sterlinq transferindən imtina etdi

"Nyukasl Yunayted" Rahim Sterlinqin transferindən imtina edib.

Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun maaşının yüksək olmasıdır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Sterlinq hazırda "Çelsi"dədir. Lakin təcrübəli oyunçu London klubunun heyətindən çıxarılıb.