"Nyukasl" və "Çelsi" transfer yarışına girib

"Liverpul"un sabiq forvardı Darvin Nunyez karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" və "Çelsi" 26 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Nunyezin "Əl-Hilal"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.