"Nyukasl" yoxsa "Milan"? - Ferran Torres seçim etməlidir
"Barselona"nın futbolçusu Ferran Torres yayda klubdan ayrılma ehtimalı yüksəkdir.
Sportline.az xəbər verir ki, "Nyukasl" və "Milan" 26 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
İspaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 47 matçda 21 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, F.Torres 2022-ci ildən "Barselona"da çıxış edir.