“Nyukasl Yunayted” “Benfika”nı qonağ edəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Nyukas Yunayted” “Sen Ceyms Park”da “Benfika” ilə qarşlaşacaq.

Eddi Hounun komandasında Luyis Holl, Valentino Livramento və Yoane Vissa zədəlidir.

“Benfika”da isə Aleksander Bah, Bruma və Manu Silvanın yoxluğu Joze Mourinyonu narahat etməyə bilməz.

Qeyd edək ki, “Nyukasl Yunayted” – “Benfika” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Matçda söz sahibi polşalı Şimon Marçinyak olacaq.