"Nyukasl Yunayted" PSV-ni qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.
Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" "Sen Ceyms Park"da PSV ilə qarşılaşacaq.
Meydan sahiblərində itkilərin sayı çoxdur. Villiam Osula, Daniel Börn, Emil Kraft, Fabian Şer, Camaal Laskelles, Valentino Livramento və Ceykop Mörfi zədəlidir.
Niderland klubunda isə Nik Oliy, Serjinyo Dest, Alassane Plea, Miron Boadu, Rikardo Pepi, Ruben van Bommel zədə, İsmael Saibari cəza səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Nyukasl Yunayted" - PSV matçı bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Görüşü almaniyalı hakim Daniel Zibert idarə edəcək.