“Nyukasl Yunayted” qapıçı ilə yola davam edəcək

"Nyukasl Yunayted" ingiltərəli qapıçısı Nik Popla yeni yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu komandası ilə 1 illik yeni müqavilə imzalayacaq.

Bu haqda "Sky Sport" məlumat yayıb.

Qeyd edək ki, Nik Popun hazırki sözləşməsi 2026-cı ilin yayına qədərdir.