"O, vəhşidir, dəlidir"
"Real"ın futbolçusu Antonio Rudiger maraqlı açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, almaniyalı müdafiəçi "Madrid Universal"ın X sosial şəbəkə hesabında "Mançester Siti"nin hücumçusu Erlinq Holandla bağlı sualı cavablandırıb.
"Bu oğlan vəhşidir. Bilmirəm, o, nə yeyir, nə içir...Onun vurduğu qollara baxın. O, sadıcı dəlidir", - deyə Rudiger norveçli forvardın oyununu özünəməxsus şəkildə dəyərləndirib.
Qeyd edək ki, "Siti"nin qoleadoru Çempionlar Liqasında keçirdiyi 41 oyunda 42 qola imza atıb.