Okan Burukdan “Eyüpspor”un qapıçısına etiraz
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Eyüpspor”un qapıçısı Berke Özer haqqında danışıb.
Sportline.az xəbər verir ki, Okan Buruk mətbuat konfransı zamanı rəqib komandanın kiperi haqqında sərt ifadələr səsləndirib.
“Berke Özer oyun ərzində 8 dəfə su içdi. Ona yaraşmayan hərəkətlər etdi. Buda oyunun dayanmasına yola açdı. Belə futbol oynanmaz. Hakim Berkeyə sarı vərəqini gec göstərdi. Buda oyun tempimizi aşağı saldı”, - deyə Okan Buruk bildirib.
Qeyd edək ki, “Qalatasaray” – “Eyüpspor” matçı məhsuldar heç-heçə ilə yekunlaşıb. 2:2