"Old Trafford"da terror həyəcanı
İngiltərə Premyer Liqasının son turu çərçivəsində keçirilməsi planlaşdırılan "Mançester Yunayted" - "Bornmut" matçı terror səbəbilə təxirə salınıb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, stadionda şübhəli bağlama tapıldıqdan sonra azarkeşlər təxliyə edilib. İlkin məlumata görə, polis tərəfindən stadiona baxış keçirildikdən sonra oyunun başlayacağı bildilirsə də, sonradan qarşılaşmanın başqa gün keçiriləcəyi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, hadisənin təfərrüatları ilə bağlı, hələ ki, rəsmi açıqlama təqdim olunmayıb.