Olimpiadada anti-seks yataqları
Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçıları koronavirusun yayılmaması üçün müxtəlif qabaqlayıcı tədbirlər görürür.
Sportline.az "Hürriyət"ə istinadən xəbər verir ki, infeksiyanın geniş yayılmasının qarşısını alman üçün təşkilatçılar maraqlı bir addım atıb. Belə ki, idmançıların qalacağı otaqlara "anti-seks" adlı yataqlar quraşdırılıb.
Bu yataqların özəlliyi odur ki, üzərində eyni anda iki nəfər oturanda çökəcək və istifadəsi yararsız olacaq. Təşkilatçılar bu yolla idmançıların cinsi əlaqədən uzaq qalmasına və virusun yayılmasına əngəl olmağa çalışır.
Bundan başqa medalların təqdim olunması ilə bağlı da dəyişikliklər edilib. Əvvəlki illərdə olduğu kimi qızıl, gümüş və bürünc medalları idmançıların boynuna başqa şəxslər taxmayacaq. Medallar qutunun içində idmançıya təqdim ediləcək və onlar özləri medallarını taxacaq.
Medal qutularını hazırlayan və daşıyan şəxslər maska və əlcəkdən istifadə edəcək. İdmançılar da təqdimetmə mərasimində məcburən maska taxacaq.
Yarış zamanı rəsmi şəxslər və işçilər idmançılardan 2 metr məsafədə olacaq. İdmançılar və onlara yaxın olan şəxslər hər gün CİVİD-19 testindən keçiriləcək.