Olimpiadanın loqotipi təqdim olundu

ABŞ-ın Los-Anceles şəhərində 2028-ci ilin Yay Olimpiya oyunlarının loqotipi təqdim olunub.

Sportline.az yarışların Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, loqotipin emblemində LA hərfləri və 28 rəqəmi təsvir edilib.

Loqonun yaradılması üçün Adam Rippon, futbolçu Aleks Morqan, müğənni Billi Ayliş, aktrisa Riz Uizerspun öz hekayələrini paylaşıblar.

Los-Anceles öz tarixində üçüncü dəfə Olimpiadanı qəbul edəcək. Daha əvvəl burada oyunlar 1932 və 1984-cü illərdə keçirilib.