Olimpiadanın yeri məlum oldu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2024-cü il Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi yeri açıqlayıb.
 
Sportline.az qurumun sayına istinadən xəbər verir ki, FİDE-nin Baş Assambleyasının qərarına əsasən, yarış Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.
 
Budapeşt turnirə artıq ikinci dəfə ev sahibliyi edəcək. Yarış bunadək Macarıstan paytaxtında dəfə 1926-cı ildə keçirilib. Həmin vaxt turnirdə Macarıstan qalib olub.

Qeyd edək ki, Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılsa da,  Rusiyadakı yarış koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.