"Olimpiakos" - PAOK görüşündə qalmaqal

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan PAOK Yunanıstan Super Liqasının növbəti turunda "Olimpiakos"un qonağı olub. SportLine.az xəbər verir ki, matş qalmaqalla yadda qalıb. Belə ki, əsas vaxta əlavə edilən dəqiqələrdə meydan sahiblərinin vurduğu qol azarkeşlər arasında qarşıdurmaya səbəb olub. Nəticədə, oyun bir neçə dəqiqə dayanıb.

Qeyd edək ki, oyun "Olimpiakos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.