"Olimpiya hərəkatı"na yekun vuruldu
Milli Olimpiya Komitəsi, Təhsil, eləcə də, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Olimpiya Hərəkatı" məktəblilərin kütləvi idman proqramına yekun vurulub. SportLine.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan finallardan sonra qaliblərin adları bəlli olub. Nəticələrə əsasən, Atletika yarışlarında 89, Velosiped idmanında 251, Badminton çempionatında 104, 3x3 basketbolda isə 200 saylı orta məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, "Olimpiya Hərəktı" proqramında ümumilikdə 50 minə yaxın məktəbli iştirak edib.