Olimpiya lisenziyalarının taleyi necə olacaq?

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların sahibləri yarışda iştirak hüququnu qoruyacaqlar.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin açıqlamasında bildirilib.

Qurum beynəlxalq federasiyalarla məsləhətləşmələrdən sonra qərara alıb ki, təxirə salınan Yay Olimpiya Oyunlarına əldə olunan lisenziyalar ləğv olunmasın.

Yaponiyada iştirak üçün vəsiqə qazanmış atletlər gələn il baş tutacaq yarışa qatıla biləcəklər. Onlar 2021-ci ildə təşkil keçiriləcək Oyunlar üçün yenidən təsnifat xarakterli turnirlərdə çıxış etməli olmayacaqlar.