Olivye Jiru İtaliya çempionatına yollanır

"Çelsi"nin hücumçusu Olivier Jiru Londonla vidalaşmaq üzrədir.

Sportline.az  “Sky Italia” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Onun, "Yuventus"la anlaşdığı bildirilir. 

Məlumata görə, Turin klubu 33 yaşlı forvardla iki illik müqavilənin şərtlərini razılaşdırıb. Transfer baş tutsa, o, “Yuventus”da ilinə 4,5 milyon avro qazanacaq.

"Qoca senyora"fransalı futbolçu ilə anlaşsa da, “Çelsi” ilə danışıqları davam etdirir. London klubu Jirunun satışından 5 milyon avro qazanmaq niyyətindədir.

 

Banner