Ölkə çempionatı gələn ay başlayacaq

Çin çempionatının başlama tarixi açıqlanıb.

Sportline.az xəbər verir ki, bununla bağlı ölkə Futbol Assosiasiyası qərar çıxarıb.

Mövsüm iyulun 25-də başlayacaq. Daha öncə çempionatın startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

16 komandanın iştirakı ilə təşkil olunacaq çempionatın bütün matçları azarkeşsiz keçiriləcək.