Ölkə çempionatının başlanacağı tarix

Futbol üzrə Qazaxıstan çempionatının bərpa olunacağı vaxt açıqlanıb. 

Sportline.az Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsüm iyulun 1-də bərpa olunacaq. 

Çempionatın bərpası üçün təlimat hazırlanıb. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq. 

Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.