Ölkə çempionumuzdan daha bir transfer
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz” (Naxçıvan) heyətə daha bir legioner qatıb.
Sportline.az xəbər verir ki, yayda iki braziliyalı futzalçı ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır.
Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub.
25 yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.