Onana "Aston Villa"dan ayrıla bilər

"Aston Villa"nın futbolçusu Amadu Onana "Mançester Yunayted"in diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

24 yaşlı oyunçunun Birmingem klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, A.Onana cari mövsüm meydana çıxdığı 25 matçda 2 qolla yadda qalıb.