Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sportline.az xəbər verir ki, təltif edilənlərin sırasında Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov da yer alıb. Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, Abbasov Orxan Vilayət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Abbasov Orxan Vilayət oğlu 1983-cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2004-2008-ci illərdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetində hüquqşünaslıq, 2018-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.

2009-2015-ci illərdə Səbail rayon Gənclər və İdman İdarəsində

aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2015-ci ildən hal-hazıradək həmin idarənin rəis müavini vəzifəsində işləyir.

2017-ci ildə Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub.

2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki uşağı var.