Osimhen "Əl-Əhli"nin təklifini qəbul etməyib
Viktor Osimhen "Al-Ahli"dən gələn təklifi rədd etdi.
Sportline.az "Ntv Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Al-Ahli" icarə ilə "Qalatasaray"da çıxış edən "Napoli"yə 80 milyon avro ödəməyə hazırdır.
"Napoli" oyunçunu satmağa razı olsa da, oyunçunun qərarı qətidir.
Qeyd edək ki, 26 yaşlı nigeriyalı hücumçu bu mövsüm Super Liqada 17 oyuna 12 qol vurub, 4 məhsuldar ötürmə edib.