Osimhen İspaniya nəhənginə keçə bilər

Viktor Osimhen yay transfer pəncərəsində La Liqaya yollana bilər.

Sportline.az xəbər verir ki, "Barselona" hücum xəttini gücləndirmək üçün əsas hədəf kimi Xulian Alvarezi müəyyənləşdirsə də, bu transfer baş tutmasa, nigeriyalı forvard ehtiyat variant kimi nəzərdən keçirilir.

Məlumata görə, hazırda "Qalatasaray"da çıxış edən Osimhen də Kataloniya klubuna keçidi prioritet hesab edir.