Osimhen - "Napoli" problemi davam edir
Viktor Osimhen “Udineze” ilə görüşdə “Napoli”yə olan əsəbini bir daha büruzə verib.
Sportline.az xəbər verir ki, nigeriyalı futbolçu “Udineze” ilə ötəngecəki oyunda penaltını yerinə yetirmək istəməyib və qoldan sonra sevinməyib.
Oyunsonrası açıqlamasında isə “Napoli” klubunun üzr istəməli olduğunu yenidən dilə gətirib.
Qeyd edək ki, Viktor Osimhen “Napoli”nin Tiktok hesabında ona qarşı ələ salıcı videoya narazılığını bildirərək klubu məhkəməyə verməklə hədələmişdi.