Osimhenin nə zaman qayıdacağı bəlli olub

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhenin yaşıl meydanlara qayıdacağı vaxt bilinib.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, Osimhen gələn həftə oynanılacaq “Antalyaspor” matçında meydanda olacaqı bildirilir. Osimhenin zədəsinin tam sağaldıqı  açıqlansada, Okan Buruk onu bu həftə riskə atmayacaqını bildirib.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 2 qol və 3 asistlə yadda qalıb.