Osimhenin yeni klubu bəlli oldu

"Napoli"nin mövsümü icarə əsasında "Qalatasaray"da keçirən hücumçusu Viktor Osimhenin karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirəcəyi ilə bağlı iddia irəli sürülüb.

Sportline.az xəbər verir ki, bu iddia ilə İtaliyanın məşhur "Correire dello Sport" nəşrinin nümayəndəsi İvan Zazzaroni çıxış edib.

Onun sözlərinə görə, bu keçidi artıq həll olunmuş saymaq olar.

"Əl-Hilal"ın nigeriyalı forvarda illik 40 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, Viktor Osimhen gələcəyi ilə bağlı qərarda maliyyə amilinin həlledici rol oynamayacağını bildirmişdi. 

Amma, onun bu təklif qarşısında tab gətirəcəyi inandlrlcl görünmür.