Osimhenin yeni qiyməti açıqlanıb

Bu yay “Napoli”dən icarə əsasında “Qalatasaray”a transfer olunan Viktor Osimhenin dəyəri 25 milyon avro azalıb.

Sportline.az “Takvim Spor” saytına istinadən xəbər verir ki, 100 milyon dəyəri olan nigeryalı hücumçunun rəsmi transfer məbləği 75 milyon avro olaraq göstərilir.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 2 qol və 3 asistlə yadda qalıb.