Özil Premyer Liqanı nə vaxt tərk edəcək?

"Arsenal"ın futbolçusu Məsut Özil London klubundakı gələcəyi ilə bağlı qərarını verib.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi müqaviləsi 2021-ci ilin yayında başa çatdıqdan sonra Premyer Liqa təmsilçisini tərk edəcək. Onun bu qərarını dostlarına bildirdiyi vurğulanıb.

Özilin karyerasını Türkiyə və ya ABŞ-da davam etdirməyi nəzərdən keçirdiyi iddia olunub.

Qeyd edək ki, Özil bu mövsüm 23 matçda 1 qol vurub, 3 qolun ötürməsni verib.