Ozobiçin durumuna aydınlıq gətirildi
Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, MRT müayinəsindən keçən 30 yaşlı yarımmüdafiəçinin diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bilinəcək.
Qeyd edək ki, "Qarabağ" noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubu ilə qarşılaşacaq.