"Pafos" London səfərinə yollanıb - Rəqib "Çelsi"dir

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.

Sportline.az xəbər verir ki, "Çelsi" "Stemford Bric"də "Pafos"la qarşılaşacaq.

London klubunda Ceymi Gittens, Malo Qusto, Tosin Adarabioyo, Levi Kolvil və Romeo Lavia zədəlidir.

"Pafos"da isə David Qoldar, David Luiz, Joao Korreyra və Pedroa baş məşqçi Liam Roseniorun sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də başlanacaq görüşü belçikalı Erik Lamrexts idarə edəcək.