Paketa evinə qayıtdı
“Vest Hem” Lukas Paketanın “Flamenqo”ya keçidinə icazə verdi.
Sportline.az xəbər verir ki, “Vest Hem” klubu rəsmi açıqlama yayaraq Lukas Paketanın “Flamenqo”ya mümkün transferi ilə bağlı şəxsi şərtləri müzakirə etməsinə icazə verildiyini təsdiqləyib.
Məlumata görə, klublar artıq 28 yaşlı futbolçunun transferi üçün 42 milyon avro məbləğində razılığa gəliblər.
Lukas Paketa isə “şəxsi və ailəvi səbəblərə görə” Braziliyaya qayıtmaq istədiyini bildirib.