Paketa London klubundan ayrılmaq istəyir

"Vest Hem Yunayted"in yarımmüdafiəçisi Lukas Paketa klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, brazilyalı futbolçu sabiq komandası "Flamenqo"ya qayıtmaq istəyir.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, L.Paketa cari mövsüm meydana çıxdığı 19 matçda 5 qol, 1 asistlə yadda qalıb.