Paketa "Vest Hem"dən ayrılmaq istəyir

"Vest Hem Yunayted"in brazilyalı futbolçusu Lukas Paketa klubdan ayrılmaq fikrinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

"Tottenhem" və "Aston Villa" 27 yaşlı yarımüdafiəçini rənglərinə bağlamaq niyyətindədir.

Qeyd edək ki, Paketa bu mövsüm meydana çıxdığı 2 matçda 1 qolla yadda qalıb.