"Panatinaikos" tarixində 7-ci dəfə Avroliqanın qalibi olub

Basketbol üzrə Avroliqada 2023/2024 mövsümü başa çatıb.

Sportline.az xəbər verir ki, finalda "Real Madrid" ilə "Panatinaikos" qarşılaşıb.

Görüş Yunanıstan təmsilçisinin 95-80 hesablı qələbəsi ilə yekunlaşıb və onlar tarixlərində 7-ci dəfə Avroliqanın qalibi olublar.

Qeyd edək ki, "Panatinaikos"u türkiyəli baş məşqçi Ergin Ataman çalışdırır. Bu eyni zamanda 58 yaşlı mütəxəssisin karyerasındakı qazandığı 6-cı Avropa çempionluğu olub.