“Panatinaykos”un futbolçusu evində ölü tapılıb
Yunanıstanın “Panatinaykos” klubunun 31 yaşlı futbolçusu Corc Boldok evində ölü tapılıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçu bu səhər evində hovuzun içində ölü halda aşkarlanıb. “Panatinaykos”un rəsmiləri bu acı xəbəri belə şərh ediblər;
“Şok olduq. Corcu itirmənin şokunu hələdə yaşıyırıq. “Panatinaykos” klubu olaraq futbolçunun ailəsinə və qohumlarına baş sağlığı diləyirik”, - deyə bildirib.
Qeyd edək ki, Cord Boldok bu ilin yayında “Şefild Yunayted”dən “Panatinaykos”a transfer olunub.